waplog

2012-ci ildə rabitəçi idmançılar 47 qızıl, 41 gümüş və 54 bürünc medala layiq görülüblər


Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilib. İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika və beynəlxalq yarışlarda iştirak edərək 47 qızıl, 41 gümüş və 54 bürünc medala layiq görülüblər.

Eyni zamanda, klubun boksçusu Teymur Məmmədov XXX London Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsinin təşkili ilə bağlı Tofiq Bəhramov adına, "Bayıl", "Dalğa Arena", "8-ci Kilometr", "Şəfa" və Lənkəran şəhər stadionları mobil rabitə xidmətləri ilə təchiz olunub və çempionatın yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görülüb.

Bu il ölkəmizdə "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi də yüksək səviyyədə keçirilib və bu müsabiqənin təşkilində rabitə xidmətlərinin keyfiyyətli və dayanıqlı göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL