waplog

Elektrik avtomobilləri üçün enerjidoldurma stansiyalarının sayı artırılır


Son ildə Avropada elektrik avtomobillərinin enerji ilə doldurulması üçün “CHAdeMO” standartına cavab verən stansiyaların sayı təxminən 4 dəfə artıb.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, hazırda dünyada 2 mindən çox bu cür enerjidoldurma stansiyası mövcuddur: Avropada 601, ABŞ-da 1371 və Yaponiyada 154. “CHAdeMO” (CHArge de Move – hərəkət üçün enerjidoldurma) standartı 2010-cu ildə yaradılmış eyni adlı assosiasiya tərəfindən hazırlanıb. “CHAdeMO” enerjidoldurması xüsusi konnektor vasitəsilə 50-dən 100 KVT-dək güc təmin edir. Bunun sayəsində batareyanın enerji yükü 15-30 dəqiqə ərzində 80 faizədək doldurula bilər.

“CHAdeMO” standartına cavab verən enerjidoldurma stansiyaları hazırda 70 mindən çox elektrik avtomobilinə xidmət göstərir. “Nissan Leaf”, “Honda Fit”, “Citroen C-Zero” və “Peugeot iON” daxil olmaqla 19 avtomobil modelində bu standart dəstəklənir. Standartın hazırlanması zamanı əsas məsələlərdən biri avtomobili enerji ilə doldurduqda istifadəçinin təhlükəsizliyini maksimal dərəcədə təmin etmək olub.

"Hazırda Avropa, ABŞ və Yaponiyada 2 mindən çox “CHAdeMO” standartına cavab verən stansiya mövcuddur. Bu cür enerjidoldurma stansiyası, hətta Əbu-Dabidə mövcuddur. Hesablamalara əsasən, enerjidoldurma stansiyalarının sayı yaxın gələcəkdə 2 dəfə artacaq və 2013-cü ilin sonuna kimi onların sayı 4 mini ötəcək" – ”Nissan Motor”un bəyanatında belə qeyd edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL