waplog

İqtisadi İnkişaf Nazirliyi interaktiv və informativ elektron xidmətlərlə bağlı maarifləndirməni davam etdirəcək


İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlərin 2013-cü ildə də davam etdirilməsi və nazirliyin göstərdiyi interaktiv və informativ elektron xidmətlər barədə əhalinin maarifləndirilməsi nəzərdə tutulur. “ICTnews” elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda bu ilin ilk tədbiri Bərdə rayonunda keçirilib.

Tədbirdə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İİN-də elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən əhaliyə göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmana uyğun olaraq, nazirliyin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb.

Bölmədə İİN tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Bunlarla yanaşı, İİN tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə İİN tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək” layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydaları, Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

Sonda iştirakçılar üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə proseduru nümayiş etdirilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL