waplog

Stenford Universiteti 1 milyondan çox nüvəyə malik superkompüterdən istifadə edir


Stenford Universitetində çalışan tədqiqatçılar qrupu səsdən sürətli təyyarədən çıxan səs-küyün modelləşdirilməsi üçün "Sequoia" superkompüterindən istifadə edir. Bu layihə ilə Qasırğa Tədqiqatları Mərkəzi məşğul olur.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, bu layihə çərçivəsində hesablama elmində yeni dünya rekordu təyin edilib. Belə ki, mürəkkəb məsələlərin həlli üçün nəzərdə tutulmuş süperkompüter 1 milyondan çox hesablama nüvəsi ilə təchiz edilib.

Onun vəzifəsi səsdən sürətli təyyarənin mühərrikinin yaratdığı səs-küyü proqnozlaşdırmaqdır. "Sequoia" superkompüteri dünyanın ən məhsuldar superkompüterləri siyahısına daxildir. O, 1.572.864 ədəd hesablama nüvəsinə malikdir və 1,6 PB (petabayt) həcmində yaddaşla təchiz edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL