waplog

“Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin hamsı mərkəzi serverə qoşulacaq


"Maliyyə Xidmətlərinin İnkişafı" Layihəsi üzrə nəzərdə tutulan "Azərpoçt" MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür. Bu barədə müəssiənin baş direktor müavini Sübahan Kazımov məlumat verib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində Bakı şəhərində 137 PŞ, rayon poçt şöbələri üzrə 623 poçt şöbəsi və 37 poçt agentliyi vahid şəbəkəyə qoşulması təmin edilib.

Bundan başqa, 57 rayon poçt filialı rayon mərkəzində fəaliyyət göstərən bütün PŞ-nin hamısı və texniki imkanlıq olan kənd PŞ-lərində yaradılan qruplar tərəfindən kommunikasiya əlaqəsi yaradılıb. Kommunikasiya əlaqəsi yaradılan PŞ-lərin son nöqtə avadanlıqları sazlanmış, zəruri proqram təminatı və təhlükəsizlik tədbirləri görülmüş kompüterlərlə təmin edilməsi və quraşdırılması istiqamətində işlər davam etdirilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL