waplog

Samarada “İqtisadiyyatda informasiya texnologiyaları və riyazi modellər” müzakirə ediləcək


4-5 iyun 2013-cü il tarixində Samara şəhərində “İqtisadiyyatda informasiya texnologiyaları və riyazi modellər” müzakirə ediləcək. Sözügedən mövzu “Şixabalov qiraətləri: istehlak bazarının perspektiv inkişafı, problemləri və təcrübəsi” mövzusunda keçiriləcək III beynəlxalq elmi-praktiki konfransın əsas istiqamətlərindən birini təşkil edir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, bununla yanaşı, konfransın elm istiqamətlərinə “Bazar: nəzəriyyə, metodologiya, təcrübə”, “İstehlak bazarının müasir infrastrukturunun formalaşması və institusional dəyişiklikləri”, “Ticarət müəssisələrinin menecmenti: daxili və xarici inkişafın perspektivləri və problemləri”, “Mühasibat uçotunun, təhlilinin və auditin aktual problemləri”, “Müasir ali məktəblərdə humanitar təhsil: linqvistikanın və pedaqogikanın sualları” da daxil edilib: “Konfransın işçi dilləri isə rus və ingilis olacaq”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL