waplog

O, fərdi kompüter satışlarının həcminə görə də liderdir


"Canalys" analitik şirkəti 2012-ci ilin son rübündə fərdi kompüter bazarını araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, "Apple" bu seqmentdə liderdir.

Qeyd edək ki, "Canalys"-in mütəxəssisləri planşetləri də hesaba alıblar. 2012-ci ilin son rübünün yekununa əsasən, "Apple" şirkəti 27 milyon məhsul göstəricisi ilə birinci yerdə qərarlaşıb və bazar payı 20 faiz təşkil edir.

"Apple" nümayəndələrinin məlumatına görə, bu göstəriciyə 22,9 milyon "iPad" planşeti və 4,1 milyon "Mac" stolüstü kompüteri daxildir. İkinci yerdə 15 milyon məhsul göstəricisinə malik "HP" şirkəti qərarlaşıb və onun bazar payı 11 faiz təşkil edir.

Üçüncü yerdə ötən ilin sonunda 14,8 milyon kompüter satmış Çinin "Lenovo" şirkəti yer alıb. "Microsoft" autsayder olub. Şirkətin "Windows 8" əməliyyat sistemi ilə işləyən planşetlərinin bazar payı 3 faiz olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL