waplog

Miqrendən əziyyət çəkənlərə şad xəbər


Belçikalı alimlərin hazırladığı yeni həll baş ağrısını aradan qaldırmağa kömək edir. Onların dediklərinə görə, "Cefaly" çənbərinin 20 dəqiqə müddətində taxılması miqrendən qurtulmaqda yardımçı ola bilər.

"ICTnews.az" elektron xəbər xidməti "rg.ru" saytına istinadən bildirir ki, qurğu görünüşünə görə gümüşü halqanı xatırladır. Onun buraxdığı elektrik impulsları gözyuvası üstü əsəbə yönələrək göz və onun ətrafındakı hissələrə nəzarət edir. Cihaz üç ay ərzində 67 könüllü üzərində sınaqdan keçirilib.


Araşdırmaya əsasən, çənbəri iki ay taxan şəxslərin baş ağrısı üç dəfə azalıb. Alimlər bildirib ki, çənbərin ucları qulaqların arxasına bərkidilərək alın nahiyəsinə taxılır. Onu gün ərzində 1 dəfə taxmaq və 20 dəqiqə müddətində daşımaq tövsiyə edilir. "Cefaly" çənbərinin qiyməti 260 funt sterlinq təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL