waplog

Dünyanın ən ucuz planşetofonu istehsal ediləcək


Çinin “Mogu” telefon istehsalçısı “Android” platformasında işləyəcək dünyanın ən ucuz planşetofonunu istehsal etməyi planlaşdırır. Onun qiyməti 299 yuan (47,97 ABŞ dollar) təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “news.rambler.ru” saytına istinadən bildirir ki, Çin vətəndaşları bu pulu ödəməklə dizaynına görə “Samsung Galaxy” seriyasından “ağıllı” telefonları xatırladan 5 düymlü “Mogu S1”-ə sahiblənəcək.

Xüsusiyyətlərinə gəlincə, ekranın təsvir ölçüsü “WVGA” formatını (800 x 480 piksel) dəstəkləyir, 1 QHs takt tezlikli birnüvəli prosessorla təchiz edilib, 2 meqapiksel təsvir ölçüsündə kamera, hətta ön “VGA” kamerası, “Bluetooth”, “GPS”, “Wi-Fi” modulları mövcuddur. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir. Qurğunun ölçüsü 149x79x10 millimetr təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL