waplog

Azərbaycanın ilk peyki Türkiyə mətbuatında


Azərbaycanın ilk milli "Azərspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması qardaş Türkiyənin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub.

"Samanyolu Haber" televiziya kanalındakı reportajda diqqət Azərbaycan Prezidenti İlham Əliyevin "Azərspace-1" peykinin fəzaya göndərilməsini "Azərkosmos" mərkəzindən canlı izləməsinə cəlb olunmuş, dövlətimizin başçısının bu münasibətlə xalqımızı təbrik etməsi və bu əlamətdar hadisəni xalqın zəfəri kimi qiymətləndirməsi vurğulanıb.

Nüfuzlu "Habertürk" qəzeti "Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxdı" sərlövhəli xəbərində qeyd edir ki, bu peykin fəzaya göndərilməsi Azərbaycanın iqtisadiyyatının son illər əhəmiyyətli dərəcədə güclənməsinin göstəricisidir.

"Hurriyet" qəzetinin "Azərbaycanın ilk telekommunikasiya peyki göylərdə" sərlövhəli xəbərində "Azərspace-1" telekommunikasiya peykinin maliyyə və texniki göstəricilərindən bəhs olunur. Xəbərdə ölkəmizin 2016-cı ildə "Azərspace-2" peykini də kosmosa göndərəcəyi qeyd olunur.

"Azərspace-1" telekommunikasiya peykinin fəzaya göndərilməsi Türkiyənin bütün televiziya kanalları tərəfindən operativ şəkildə işıqlandırılmışdır. Qardaş ölkənin "Anadolu", "İhlas", "Cihan" və "Doğan" xəbər agentlikləri də bu əlamətdar hadisə ilə bağlı geniş xəbərlər yayıblar.

Xəbərlərin original mətnləri ilə aşağdakı linklərdən tanış ola bilərsiniz. www.samanyoluhaber.com  ,  www.cihan.com.tr

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL