waplog

Microsoft”un planşeti “Android” üçün nəzərdə tutulmuş proqramları işə sala biləcək


“Android” üçün tətbiqləri digər əməliyyat sistemlərində (ƏS) işə salmağa imkan verən “BlueStacks” proqramının “Windows 8” üçün versiyası istifadəyə verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proqramı “Windows 8” və “Windows 8 Pro” ilə işləyən istənilən qurğuya quraşdırmaq olar, lakin o, “Surface Pro” planşetləri üçün uyğunlaşdırılıb. “BlueStacks” proqramı “Android” üçün 750 mindən çox tətbiq dəstəkləyir: onlardan istənilən birini kompüter və ya planşetdə icra etmək mümkündür.

Xatırladaq ki, 2012-ci ildə “BlueStacks” proqramının “Windows XP”, “Vista” və “Windows 7”, həmçinin “OS X” ƏS-i üçün versiyaları çıxarılmışdı. Bütün proqramlar pulsuzdur və beta-versiya mərhələsindədir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL