waplog

“Intel” bu il internet televiziyasını işə salacaq


ABŞ-ın "Intel" korporasiyası internet televiziyasını işə salmağa hazırlaşır. Şirkətin vitse-prezidenti Erik Hagers bildirib ki, layihə üzərində iş artıq bir ilə yaxındır davam edir və "Intel Media" adlandırılan bölmədə "Apple", "Google" və "Netflix" şirkətlərinin keçmiş əməkdaşlarından ibarət mütəxəssislər qrupu çalışır.

"Intel" rəhbəri həmçinin məqsədlərinin dünyanın ən yaxşı internet televiziyasını yaratmaq olduğunu əlavə edərək bunun üçün bütün sənaye şirkətləri ilə əməkdaşlıq etdiyini deyib, lakin konkret tərəfdaşların adını çəkməyib.

"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, E. Hagers vurğulayıb ki, şirkət televiziya siqnalını internet vasitəsilə ötürən televiziya qurğusu və platformadan ibarət kompleks həll hazırlayır. Qurğu verilişləri təkcə canlı yayımda deyil, həm də yubatmaqla göstərə biləcək, habelə əlavələri işə salmaq mümkün olacaq, - "Lenta" yazır.

Aparatda istifadəçinin televiziyaya necə baxmasını qiymətləndirməyə imkan verən kamera quraşdırılacaq. Məsələn, kameranın köməyi ilə ekran qarşısında əyləşən iki nəfərin müxtəlif rəylərin xoşuna gəlməsini müəyyənləşdirmək mümkün olacaq, həmçinin istifadəçi istədiyi vaxt onu söndürə biləcək.

Qurğu və ya kanal haqqında E.Hagers ətraflı məlumat vermək istəməyib və həllin 2013-cü ildə təqdim ediləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, "Intel"in internet televiziyası yaratmağa hazırlaşması barədə söz-söhbətlər ötən ilin iyun ayından dolaşır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL