waplog

Azərbaycanın ilk telekommunikasiya peykinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb. Nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb.

Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, "Azərkosmos" ASC-nin loqosu və yeni binası, habelə "Azərbaycanın ilk telekommunikasiya peyki" yazısı təsvir olunub.

Xatırladaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb. Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.

Çəkisi təxminən 3 200 kiloqram təşkil edən "Azerspace-1" peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerini tutacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL