waplog

“Microsoft” haqqında maraqlı faktlar



Dünyanın ən nəhəng informasiya texnologiyaları şirkəti olan "Microsoft" haqda maraqlı məlumatlar həmişə insanların diqqətini cəlb edib. Şirkət İT sənayesində illər boyu qoruyub saxladığı lider mövqeyi ilə yanaşı, bəzi hallarda maraqlı adət-ənənələri ilə də seçilib. Belə ki;

1. “Microsoft” əməkdaşlarının ən sevimli yeməyi pitsadır.

2. "Microsoft" əməkdaşlarının orta yaş həddi 38-dir.

3. Korporasiyanın heyəti 88180 əməkdaşdan ibarətdir.

4. Şirkətin əməkdaşları hər iş ili həmkarlarını “M&Ms” konfetlərinə qonaq edərək qeyd edirlər.

5. “Microsoft" ən böyük korporativ kolleksiyaçılardan biri sayılır və müasir incəsənətin rəsm, heykəl, foto, keramika, multimedia layihələri kimi 5 mindən çox şah əsərlərinin sahibidir.

6. Şirkət 10 mindən çox patent üzərində hüquqa malikdir və hər il 3 min yeni patent üçün ərizə verir.

7. Hər dəfə “Windows” əməliyyat sistemi donduqda Bill Qeyts 1 dollar ödəsəydi, o zaman “Microsoft” 3 il sonra müflis olardı.

8. “Microsoft” əməkdaşlarının sevimli içkiləri süddür.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL