waplog

“Microsoft” 57 boşluğu aradan qaldıracaq


"Microsoft" 57 boşluğu aradan qaldıracaq 12 yamaqla görünməmiş təhlükəsizlik yenilənməsi təqdim etməyi planlaşdırır. "ICTnews.az" elektron xəbər xidməti "cert.az" saytına istinadən bildirir ki, öncədən buraxılmış bildiriş bülleteninə görə, 12 bülletendən 5-i "Windows", "Internet Explorer" və "Exchange Server" proqram təminatlarında aşkar edilmiş boşluqları aradan qaldıracaq və onlar "kirtik" kimi təsnif edilir.

Digər 7 bülleten "mühüm" kimi təsnif edilir və "Windows", "Office", ".NET Framework" və "Server Software"-də çox sayda problemləri həll edəcək.

Təhlükəsizlik tədqiqatçılarının diqqətini "Internet Explorer"dəki boşluqları aradan qaldıracaq 2 kritik yamaq cəlb edir, onlar cinayətkarların ziyankar kod yeritdiyi ümumi vektordur. "nCircle"-in təhlükəsizlik əməliyyatları üzrə direktoru Andrew Storms bildirib ki, "Internet Explorer" yamaqları həmişə ən üst prioritet sayılır və bu ay biz iki "Internet Explorer" bülleteni almağa hazırlaşırıq".

"Bu qeyri-adidir, çünki "Microsoft" "Internet Explorer"i yamadıqda yamaq, adətən, bir bülletenlə çatdırılır."

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL