waplog

Peykimizin günəş panelləri açılıb və reflektorları işə düşüb


"Azerspace-1" peykinin təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatması 19 fevral tarixinə planlaşdırılır.

"Azərkosmos" ASC-dən verilən məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan sonra təqribən martın əvvəlinə kimi peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcək.

Peykin idarəsi "Azərkosmos" ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən "Azərkosmos" ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL