waplog

İlk dəfə Gəncədə çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlanılıb


"Teleradio" İstehsalat Birliyi respublika ərazisində ilk dəfə Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlayıb. Qeyd olunub ki, yayıma başlamaq üçün filialda "Vigintos Elektronica" şirkətindən alınmış hər biri 1.2 kVtlıq olan 4 ədəd DVB-T verici quraşdırılıb, həmçinin digər lazımi texniki imkanlar, proqram təminatı yaradılıb.

Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhərinin və ətraf ərazilərin əhalisi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş 54 ədəd müxtəlif televiziya proqramını izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, kommersiya yayımına qoşulmaq, proqramları efirdən qəbul edə bilmək üçün "Teleradio" İstehsalat Birliyinin Gəncə Radio-Televiziya Yayım Filialına müraciət olunmalıdır. Abunə olmaq üçün birdəfəlik 52 AZN ödəməklə (bir aylıq abunə haqqı daxil) qəbuledici avadanlığa və karta sahib olmaq kifayətdir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL