waplog

2012-ci ilin ən populyar cihazları


2012-ci ilin ən populyar cihazları bəlli oldu. Onları sizə təqdim edirik.

"Samsung Galaxy Note II"





"Samsung Galaxy Note II" "ağıllı" telefonunun ekranı böyük olsa da, lakin çox populyardır. "Samsung Galaxy Note II" telefon və planşetin hibridini təşkil edir.

"Nexus 7" 



"Google" şirkətinin "Nexus" seriyasından ilk planşetidir. "Nexus 7" planşeti 7 düymlü ekran, dördnüvəli prosessorla təchiz edilib, ona "Android 4.1 Jelly Bean" mobil əməliyyat sistemi quraşdırılıb.

"Nexus 7", həmçinin mikrofon, kamera, "GPS", "Bluetooth" və "NFC" ilə təchiz edilib. Təəssüf ki, yaddaş kartları üçün slot və "3G" modul yoxdur. Qurğunun qiyməti 200 dollar təşkil edir.

"iPad mini"



"iPad mini" "Apple" şirkətinin istehsal etdiyi yığcam planşetdir. 2012-ci il oktyabrın 23-də Filipp Şiller San-Xose şəhərində keçirilən təqdimatda onu nümayiş etdirmişdi.

Planşet "Apple A5" prosessoru, "Lightning" konnektoru ilə təchiz edilib. "iPad 2" ilə eyni xüsusiyyətlərə malikdir. "iPad" və "iPad 2" üçün yazılmış proqramlar "iPad mini" planşetində icra oluna bilər, çünki qurğuların ekranının təsvir ölçüləri uyğun gəlir.

"Microsoft Surface"



"Microsoft Corporation" şirkəti Los-Anceles şəhərində təşkil etdiyi tədbirdə "Surface" planşetlərini təqdim etmişdi. İstehsalçılar iki model təqdim etmişdilər: onlardan biri "NVIDIA"-nın "ARM" prosessoru ilə təchiz edilmiş və "Windows RT" platformasında işləyir, digəri isə "Intel Core i5" çipi ilə təchiz edilmiş və "Windows 8 Pro" əməliyyat sistemi ilə işləyir.

"Nokia Lumia 920"




Finlandiya şirkətinin bu modeli "Windows Phone" mobil əməliyyat sistemi ilə işləyir və ikinüvəli prosessorla təchiz olunub. O, 4,5 düymlü "PureMotion HD+" ekranına malikdir. 8,7 meqapiksel təsvir ölçüsünə malik əsas kamera "PureView" funksiyasına malikdir. Cihazı enerji ilə "Qi" standartı "hava" ilə yükləmək olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL