waplog

Bill Qeytsdən “Microsoft“ haqda şok açıqlama (VİDEO)


Bill Qeyts vaxtının əsas hissəsini xeyriyyəçilik fondu ilə əlaqədar işlərə həsr edir. Lakin bu heç də o demək deyil ki, hazırda korporasiyanın durumu onu qane edir.

“Microsoft” şirkətinin mobil sahədəki fəaliyyəti Bill Qeytsi daha çox narahat edir. “CBS” televiziya kanalına verdiyi müsahibədə Bill Qeyts etiraf edib ki, “Microsoft” şirkətinin mobil sahədəki vəziyyəti onu qane etmir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, o, ümumilikdə hazırkı “Microsoft”un mobil sahədə göstərdiyi təşəbbüslərin əksəriyyətini "səhv" adlandırıb.

Bill Qeytsin sözlərinə görə, “Windows Phone” platforması rahat və müasirdir, lakin istifadəçi və proqramçıların əksəriyyəti onu düzgün qiymətləndirmir. "Biz mobil bazarı əldən verməmişik, lakin indiki vəziyyətimiz lider olmağımıza imkan vermir" – o bildirib. Xatırladaq ki, “Gartner” analitik şirkətinin son hesabatına əsasən, “Windows Phone” platformasının bazar payı təxminən 2,9 faiz təşkil edir.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL