waplog

“Bakıelektrikşəbəkə” paytaxtda 21 mindən artıq SMS vasitəsilə idarə olunan sayğac quraşdırıb


“Bakıelektrikşəbəkə” ASC tərəfindən Bakı şəhərində 21285 SMS sayğacı quraşdırılaraq istismara verilib. Bunlardan 20669 ədədi əhali qrupu, 616 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.

“ICTnews” elektron xəbər xidmətinin Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, SMS sayğacları GSM texnologiyaları əsasında işləyən iki tərəfli informasiya daşıma xüsusiyyətinə malikdir. Bu tip sayğaclar sms vasitəsi ilə idarə edilərək qabaqcadan ödənişli (prepayment) mexanizmə əsasən işləyir və ödəniş informasiyasının sayğaca uzaqdan yüklənməsini təmin edir.

Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsi ilə sayğaca ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək SMS vasitəsiylə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxlərə ötürülür.

Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir. Sayğacın sərfiyyatı haqqında məlumat ilkin konfiqurasiyada verilən şərtə əsasən ayda bir dəfə, həftədə bir dəfə və ya günün müəyyən saatları şəklində tənzimlənə bilər. Həmin şərtlər verildikdən sonra sayğac məlumatları mərkəzi sistemə SMS vasitəsiylə müntəzəm olaraq ötürülür.

Bu da elektrik şəbəkəsinin ay ərzində abunəçilərə verdiyi elektrik enerjisinin hesabatının aparılmasında şəffaflığı və operativliyi təmin edərək cari ay ərzində sayğacların bağlı olduğu TM-dən istehlak edilən elektrik enerjisinin dəqiq balansının çıxarılmasına şərait yaradır.

Ən ideal balans TM dən keçən yük ilə sayğaclardan oxunan sərfiyyatın çox az fərqlə çıxarılması ilə təmin olunur. Bu tip sayğacların istirmarı elektrik enerjisinin ölçülməsində yol verilən neqativ amilləri (sayğaca mudaxilə, sayğacların şuntlanması, sayğacın geriyə fırlanması) texnoloji cəhətdən aradan qaldırmış olur ki, bu da şəbəkənin işinin tənzimlənməsində çox böyük rol oynayır.

Bununla yanaşı, Rayon Enerji satışı şöbələrində sayğac göstəricilərini oxumaq və bildiriş təqdim etmək üçün nəzərdə tutulan işlər, müasir texnologiyalar istifadə etməklə daha mütərəqqi qaydada həll edilərək insan faktorunun ortadan qaldırılmasına, işlərin yüsək standartlara uyğun qurulmasına və xərclərin 50% dək azalmasına gətirib çıxarır.

Eyni zamanda sayğaca yüklənmiş sərfiyyat azaldığı təqdirdə qabaqcadan abunəçiyə sms vasitəsiylə xəbərdarlıq edilir. Bundan sonra balans yüklənməzsə, abonentin elektrik enerjisi məsafədən sms göndərilərək dayandırılır. Ödəniş təmin edildikdə avtomatik olaraq həmin məbləğ sistemdə öz əksini tapır və dərhal sistem tərəfindən sms göndərilərək sayğacın şəbəkəyə qoşulması təmin edilir. Bu da təbii olaraq əlavə işçi qüvvəsinin azalmasına və sayğacın gərginlikdən açılması- qoşulması prosesində yaranan vaxt itkisini aradan qaldırılmasına imkan yaradır.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL