Metropolitendə texnoloji vasitələrin köməyi ilə xətlərin ayrılmasında “Yeni Avstriya” metodu tətbiq ediləcək
Bakı Metropolitenində (BM) mövcud xətlərin nizamlı fəaliyyəti təmin ediləcək. Bu məqsədlə xətlərin ayrılmasını Fransanın tikinti nəhəngi "Buiq"lə (fr.-"Boygues") yerli "Akkord" şirkəti birlikdə həyata keçirəcəklər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib.
Qurumdan qeyd edilib ki, xətlərin ayrılmasında "Yeni Avstriya" metodu tətbiq ediləcək: "Bu üsul tətbiq oluna biləcək iki-üç üsuldan biridir. Metod, dünya təcrübəsində olduğu kimi, jet-qrautinq, inyeksiya, anker kimi əlavə texnoloji vasitələrdən istifadə etməklə tətbiq ediləcək".
Metodun ümumi prinsipləri, tətbiqi imkanları bəlli olsa da, layihə beynəlxalq ekspertizadan da keçiriləcək. Bu məqsədlə dünyada tanınmış 3 şirkət arasından seçim edilib: "Mühəndis ekspert rəylərinin verilməsinin səlisliyi ilə fərqlənən "Amber İnciniərinq AG" ("Amber Engineering AG") şirkətinə həvalə olunub".
"Yeni Avstriya"ya gəlincə, ötən əsrin 50-60-cı illərində avstriyalı mühəndislərin ixtira etdiyi metod şəklini dəyişən tağtavanlı qurğu ilə tunel qazıntısına söykənir: "Bu metod tətbiq olunarkən, sistemli olaraq, süxurların təzyiqi, təsiri, deformasiyanın həddini müəyyənləşdirmək üçün nəzarət-yoxlama ölçüləri aparılmalıdır. Hidrogeoloji şərait nəzərə alınaraq, Bakıda işlərə jet-qrautinq inyeksiya ilə başlanması nəzərdə tutulur".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL