waplog

EA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Hollandiyada keçirilən treninqdə iştirak ediblər


AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Hollandiyanın Utrext şəhərində keçirilən "Milli Elm və Təhsil Şəbəkələri mühitində CRM (customer relationship management – müştərilərlə qarşılıqlı münasibətlərin idarəedilməsi) sistemlərinin təşkili" adlı treninqdə iştirak ediblər.

Üç gün davam edən treninqdə Avropanın bir neçə ölkəsini təmsil edən nümayəndələr təcrübələrini paylaşmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, treninq zamanı müasir CRM sistemlərinə dair əldə olunan təcrübənin AzScienceNet elm kompüter şəbəkəsində tətbiq olunması nəzərdə tutulur ki, bu da şəbəkənin resurslarının daha səmərəli idarə və istifadə olunmasına imkan verəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL