waplog

Yol polisi qanunsuz parklamaya qarşı yeni texnologiyadan istifadə edəcək


Azərbaycan paytaxtında fəaliyyət göstərən yol polisləri şəhərin icazə verilməyən hissələrində avtomobillərini park edən sürücüləri cərimələmək üçün yeni texnologiyadan istifadə edəcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yol polisi artıq bununla bağlı Bakı sakinlərinə və sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov sözügedən xəbərdarlıq haqqında danışaraq bildirib ki, bu gündən etibarən Bakıda dayanma-durmanı, parklamanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan nəqliyyat vasitəsinin sürücüsünə yol-patrul maşınlarında olan bort-kompüterlər vasitəsilə avtomatik olaraq yerində inzibati protokollar tərtib edilməsinə başlanılıb.

Onun sözlərinə görə, bu kimi tələbləri pozan sürücülərin avtomobillərinin dayandığı formada şəkilləri çəkilir və avtomobillərin qabaq şüşələrinə müvafiq cərimə protokolu və fotoşəkil qoyulur:

«Törətdiyi xətaya uyğun olaraq sürücülərin cərimə məbləği göstərilir. Artıq bununla bağlı reyd keçirilib. Bakının Azərbaycan prospekti, İstiqlaliyyət, Əhməd Cavad küçələrində keçirilən reydlər zamanı 60-dan çox avtomobilin fotoşəkli çəkilərək şüşələrə qoyulub. Bundan sonra da bu cür reydlər davam etdiriləcək».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL