waplog

59 dollarlıq kompüter təqdim olunub


Yığcam və ucuz kompüterlər yaratmaq ideyası getdikcə populyarlaşır. Artıq digər istehsalçılar da bu bazara maraq göstərməyə başlayıb. Nəticədə, daha bir yığcam və ucuz kompüter – “pcDuino” yaradılıb.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu model ölçüləri 125х52 mm təşkil edən çap lövhəsindən ibarətdir. Qurğu 1 QHs takt tezlikli “Allwinner A10 ARM Cortex-A8” prosessoru, “Mali 400” qrafik həlli, 1 QB tutumlu əməli yaddaş və əsas daşıyıcı qismində isə 2 QB fləş-yaddaşla təchiz olunub.

Həmçinin “SD” formatlı yaddaş kartı üçün slota malikdir. “USB”, “HDMI”, “UART”, “GPIO” interfeysləri, “Ethernet” şəbəkə portu və “Wi-Fi” simsiz rabitə modulu mövcuddur. Qurğuda “Android 4.0” və “Ubuntu 12.10” əməliyyat sistemlərini işə salmaq mümkündür. “PcDuino” yığcam kompüterinin qiyməti 59 dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL