waplog

Litvada beynəlxalq texnologiyalar nümayiş etdiriləcək


21-23 may tarixlərində Litva Respublikasında "Balttechnika-2013" adlı beynəlxalq sərgi-konfrans keçiriləcək. "Texnologiyalar, dəzgahlar, elektrik avadanlıqları, elektronika, ətraf mühitin mühafizəsi texnologiyaları avadanlığı" mövzusunda keçiriləcək tədbirdə azərbaycanlı iş adamları da iştirak edə bilər.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, sərgi-konfransda nümayiş olunacaq xidmətlərə beynəlxalq texnologiyalar, dəzgahlar, elektrik avadanlıqları, elektronika, ölçmə cihazları, idarəetmə və nəzarət qurğuları daxildir.

Həmçinin tədbirdə mühəndis kooperasiyası (subkontrantinq), nüvə enerjisi, ətraf mühitin mühafizəsi texnologiyaları da nümayiş etdiriləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL