waplog

Azərbaycanda nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı mobil operatorlarla müqavilə imzalandı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində mobil operatorların rəhbərləri də daxil olmaqla geniş toplantı keçirilib. Toplantıda nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı mövcud vəziyyət təhlil edilib və müzakirələr aparılıb.

Toplantının sonunda mobil nömrə daşınması xidmətlərini idarə edəcək RİTN-nin Məlumat Hesablama Mərkəzi ilə "Azercell Telekom" , "Bakcell LTD" və "Azerfon" MMC-lər arasında sellülar (mobil) nömrə daşınması xidmətlərinin göstərilməsinə dair müqavilələr imzalanıb və layihə ilə əlaqədar növbəti mərhələ başa çatıb.

Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mobil nömrə daşınması xidmətlərinin göstərilməsinə başlanılma tarixinin tərəflərin bu xidmətin göstərilməsi üzrə hazırlığı nəzərə alınmaqla elan ediləcəyi qərara alınıb.

Xatırladaq ki, sellülar (mobil) nömrə daşınması xidmətinin tətbiq edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və mobil operatorlar tərəfindən birgə işlər həyata keçirilib, nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı hüquqi normativ sənədlər qəbul edilib, onun fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb və uyğun test-sınaq işləri aparılıb.

Qeyd olunan texniki məsələlər öz həllini tapsa da, xidmətin tətbiqi və göstərilməsi ilə bağlı müvafiq prosedurları əks etdirən müqavilələrin imzalanması üzərində işlər aparılırdı.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL