waplog

Bu gün Maykl Dell anadan olub


1965-ci il fevralın 23-də ən böyük kompüter şirkətlərindən biri "Dell"in banisi Maykl Dell anadan olub. Hələ uşaqlıqdan onda sahibkar qabiliyyəti hiss olunurdu.

O, tətil zamanı poçtda işləyirdi. Dellin vəzifəsi qəzetin abunəçilərinin sayını artırmaq idi. Hər bir yeni abunəçi əlavə gəlir demək idi. Maykl Dell o zaman başa düşür ki, şəhərə yeni gələnləri inandırmaq daha asandır və yeni sakinlər haqqında informasiya verən dostlarına pul ödəməyə başlayır.


Maykl Dell məktəbi bitirdikdən sonra Texas Universitetinin tibb fakültəsinə daxil olub. O, orada kompüterlərin satışı ilə məşğul olan "PC's Limited" firmasını yaratmışdı.

Şirkət gəlir gətirməyə başlayanda Maykl Dell universiteti ataraq biznesin inkişafı ilə məşğul olur. 1987-ci ildə şirkətin adı dəyişdirilərək "Dell Computer Corporation" olub. 2003-cü ildən isə "Dell Inc" adlanır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL