waplog

“Azərpoçt” Sabirabadda “səyyar qəbul” təşkil edəcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən martın 1-də Sabirabad rayonunda “səyyar qəbul” təşkil ediləcək.

“Səyyar qəbul”larda “Azərpoçt”un baş idarəsinin nümayəndələri ilə yanaşı, rayon poçt filialları və şöbə rəislərinin iştirakı nəzərdə tutulub.

Səfər zamanı, həmçinin poçt işçiləri tərəfindən vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi və təhlükəsizlik tədbirlərinə dair məsələlərə baxılacaq.

Qeyd edək ki, əhalinin poçt sahəsi ilə bağlı suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində kömək göstərilməsi və s. məqsədini daşıyan “səyyar qəbul”lar “Azərpoçt” tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL