waplog

Tokio məhkəməsi “Apple”-ın xeyrinə hökm çıxarıb


Amerikanın "Apple" korporasiyası bu gün Tokio dairə məhkəməsində qalib tərəf olub. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Samsung" Amerika şirkətini "iPhone" və "iPad" qurğularında ona məxsus olan verilənlərin ötürülməsi və simsiz rabitə texnologiyaları sahəsi üzrə bir sıra patentlərini pozmaqda ittiham edirdi.

Buna görə də məhkəmədən "Apple"-ın məhsullarının Yaponiyada satışına qadağa qoyulmasını tələb edirdi, lakin paytaxt şəhərinin dairə məhkəməsi "alma" şirkətinin xeyrinə qərar çıxarıb.

Qərardan narazı qalan "Samsung" öz əqli mülkiyyətinin hüququnu qorumaq üçün lazımi tədbirlər görəcəyinə söz verib.

Xatırladaq ki, iki dünya lideri arasında "ağıllı" telefon və planşet kompüterlərinin istehsalı üzrə patent mübarizəsi az qala dünyanın bütün ərazisini əhatə edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL