waplog

Mobil operatordan yeni layihə “Musiqi ilə birləşərək”


Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən "Azercell Telekom" bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edir. "Musiqi ilə birləşərək" adlanan bu layihə "TeliaSonera" və "Azercell" şirkətləri tərəfindən təşkil olunub və klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub.

Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdə olacaq. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert proqramı ilə çıxış edəcəklər.

"Musiqi ilə birləşərək" layihəsinə 2012-ci ildən start verilib. Keçən il master klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçildi. İlk dəfə olaraq azərbaycanlı gənclər "TeliaSonera" və "Azercell"in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak etdilər.

"Azercell" daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13.2 milyon manat pul ayrılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL