waplog

Gəncə Regional Poçt Filialı səyyar poçt xidmətləri göstərə bilər


Gəncə Regional Poçt Filialı səyyar poçt xidmətlərinə başlamaq istəyir. Bu barədə Gəncə RPF-dən məlumat verilib. Filialdan bildirilib ki, yaxın vaxtlarda bu istiqamətdə də işlərə başlanılacaq. Əsasən küçə və parklarda vətəndaşlara kiçik poçt xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Hazırda Regional Filialı səyyar poçt xidmətlərinin daha geniş şəkildə həyata keçirilməsi imkanlığını araşdırır. Qeyd edək ki, filial 21 poçt şöbəsi və 1 Müştəri Xidmətləri Şöbəsi əhaliyə, idarə və təşkilatlara poçt-bank-maliyyə xidmətləri göstərir.

Gəncədə Müştəri Xidmətləri Şöbəsində, 1 saylı poçt şöbəsində və Yeni Gəncə qəsəbəsində bankomatlar qurulub. «Atasığorta» və «Atəşgah» sığorta şirkətləri ilə bağlanan müqavilə əsasında avtomobilin icbari sığortası həyata keçirilir.

Bütün poçt şöbələrində valyuta mübadiləsi, «Western Union» pul köçürmələrinin qəbulu və ödənilməsi həyata keçirilir. Gəncə Regional Poçt Filialı bank-maliyyə xidmətlərini tətbiq edir və hazırda müştərilərə keyfiyyətli xidmət göstərilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL