waplog

Yenilikçi gənclər yeni texnologiyalarla


"Qafqaz Otel"də "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi "Yenilikçi gənclərin Respublika Forumu" baş tutdu. Forumun əsas məqsədi yeni texnologiyaların imkanlıqlarından istifadə etməklə innovativ gənc alimlərin, ixtiraçıların, müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində səmərələşdirici təkliflərini, ideyalarını, ümumiyyətlə, yenilikçi fikirləri ilə diqqəti cəlb edən hər gənci bir yerə toplamaqdır.

Həmçinin, bu gənclərin müzakirəsini, gələcəkdə istehsalata tətbiqini və mübadilə şəraitinin yaradılmasını təmin etmək, bir sözlə, innovasiyalı cəmiyyətin qurulmasında gənclərin aktivliyinin daha da sürətləndirilməsi forumun əsas hədəflərindəndir.

"İnformasiya və kommunikasiya texnologiyaları ili"ndə baş tutan bu layihədə "BestComp Group" şirkəti tərəfdaş kimi iştirak etdi. Nominantlar təşkilat komitəsi tərəfindən təsis edilmiş diplomlarla təltif olunmaqla yanaşı, həm də "BestComp Group" şirkətinin müxtəlif hədiyyələri ilə mükafatlandırılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL