waplog

Adi mobil telefonlara əhəmiyyətli dərəcədə maraq azalıb


“İnternational Data Corporation” (İDC) məlumatlarına əsasən, 2011-ci ilin ikinci rübündə istehsalçılar 365 milyon mobil telefon tədarük ediblər, bu da keçən ilin (328 milyon) analoji dövrü ilə müqayisədə 11,3% çoxdur.
Adi telefonların (smartfon olmayan) tədarükü 4% azalıb. Bunun səbəbi isə inkişaf etmiş ölkə (ABŞ, Yaponiya, Qərbi Avropa) istifadəçilərinin kütləvi şəkildə daha yaxşı qurğulara keçməsidir. Bu, 2009-cu ilin üçüncü rübündən bazarın bu seqment payının ilk azalmasıdır.
Tədarük edilən mobil telefonların sayına görə birinci yeri əvvəlki kimi “Nokia” şirkəti (24,2%) tutur, lakin məhz onda adi telefonların sayının ixtisarı kifayət qədər güclü olub. Cəmi 1 il əvvəl fin istehsalçısının payı 33,8% təşkil edirdi. İkinci yerdə isə “Samsung” (19.2%) şirkətidir.


itc.ua

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL