waplog

Ürəyin vəziyyətinə nəzarət edən velosiped dəbilqəsi yaradılıb (VİDEO)


Hazırda müxtəlif növ yığcam texnikalar (ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün qolbaqlar, çoxfunksiyalı saatlar və sair) getdikcə populyarlaşır. Ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün yeni cihaz isə velosiped dəbilqəsinə quraşdırılacaq.

“LifeBEAM” şirkətinin “SMART” dəbilqəsi ürək döyüntülərinin tezliyinin ölçülməsi üçün daxili datçik, həmçinin akselerometr, “Bluetooth” modul və 15 saat avtonom iş vaxtına imkan verən akkumulyatorla təchiz ediləcək.

Dəbilqə velosipedçinin ürəyinin vəziyyəti haqqında, həmçinin akselerometrdən məlumat əldə etdikdən sonra istifadəçi bu informasiyanı öz “ağıllı” telefonuna göndərə və ya “USB” port vasitəsilə öz kompüterinə daxil edə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, dəbilqənin sonrakı modelinə qəza xəbərdarlığı, lokator, GPS-naviqator və proyeksiya edilən ekran daxil ediləcək. Hazırda dəbilqənin prototipi mövcuddur. Təxmini qiyməti 150 dollar olacaq. Yalnız kütləvi istehsal üçün lazımi məbləği toplamaq qalıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL