waplog

Əlyazmalar İnstitutunda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır


AMEA Əlyazmalar İnstitutunda (Əİ) hazırda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır. Ümumilikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr dijital disklərə köçürülüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əİ-dən məlumat verilib.

İnstitutdan qeyd edilib ki, 2012-ci ildə Əİ-də “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği” istiqaməti, 3 problem, 6 mövzu, 54 iş, 58 mərhələ üzrə elmi-tədqiqat işləri aparılıb:

“Əlyazmalar İnstitutunda son illər tarix, tibb, əczaçılıq, musiqişünaslıq, paleoqrafiya və təzkirəçiliyə dair yazılı abidələrin tədqiqinə və nəşrə hazırlanmasına xüsusi diqqət yetirilir.


Bu istiqamətdə 2012-ci ildə planda nəzərdə tutulan və plandan əlavə bir sıra ciddi elmi işlər aparılıb, qiymətli kitablar nəşrə hazırlanıb.

Bununla yanaşı, bir sıra görkəmli mədəniyyət xadimlərinin şəxsi arxivlərinin təsviri, “Azərbaycanda islam problemlərinə aid əlyazmaların tədqiqi və nəşrə hazırlanması”, “Azərbaycan və digər İslam Şərqi xalqlarının tarixinə, elm və mədəniyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daşbasma kitablarının tədqiqi və nəşrə hazırlanması” mövzuları yüksək keyfiyyətlə icra olunub”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL