waplog

LG şirkəti mart ayının sonuna yeni “ağıllı” televizor modeli təqdim edəcək


LG şirkəti mart ayının sonuna qədər IPS-matrisa ilə təchiz edilmiş yeni LG MT93 "ağıllı" televizor modelini təqdim edəcək. Yeni televizor internet xidmətləri ilə təchiz edilib və veb-əlavələrlə işləmək imkanına malikdir.

Televizor iki 7-vatlıq dinamikli 3D Sound Zooming audio sistemi, şəbəkə Ethernet-nəzarətçisi, üç USB portla, iki HDMI interfeyslə, komponent və kompozit videogirişləri ilə təchiz edilib.

Yeni modeldə simsiz bağlantı ilə kompyuterdən televizora təsviri ötürməyə imkan verən Intel WiDi texnologiyası reallaşdırılıb və o üç ölçülü kontentlə işi dəstəkləyir.

Eyni zamanda, "ağıllı" televizor Miracast – simsiz multimedia siqnalının ötürülməsi standartını dəstəkləyir. Təchiz komplektinə Magic Remote məsafədən idarəetmə pultu daxildir.

Yeni panel Avrosatışa mart ayının sonuna qədər çıxarılacaq, lakin hələ onun qiyməti hələ məlum deyil.

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL