waplog

“Win Phone-2” müsabiqəsinə yekun vurulur


Martın 13-də "Marriott" hotelində saat 9:30-da "Win Phone-2" müsabiqəsinin yekun tədbiri keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell"in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"in təşkilati dəstəyi ilə keçirilən müsabiqədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.

Eyni zamanda "Hackathon" layihəsi çərçivəsində keçirilən və mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Hackathon" - haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

"Hackathon"un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərə öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaq imkanının verilməsidir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL