waplog

Düşüncənin gücü ilə idarə edilən qulaqlıqlar təqdim olunub


"Neurowear" şirkəti istifadəçinin emosional vəziyyətini müəyyən edə bilən qulaqlıqlar hazırlayıb. "Mico" adlanan qurğu alın nahiyəsinə toxunan xüsusi datçiklə təchiz edilib: qulaqlıq beyin fəallığını təhlil edərək istifadəçinin cari an üzrə əhval-ruhiyyəsini müəyyənləşdirir.

Nəticədən asılı olaraq bu və ya digər janrda (məsələn blyuz, rok və ya disko) musiqi çalınır.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, qulaqlıqlar "ağıllı" telefona "Bluetooth" simsiz rabitəsi ilə qoşulur.

Hazırda musiqi kolleksiyası müxtəlif janrda 100 kompozisiyadan ibarətdir. Şirkət qulaqlıqları yaxın gələcəkdə bazara çıxartmağa söz verib. Qurğunun qiyməti haqqında məlumat hələ ki yoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL