waplog

Macarıstanın Dövlət katibi Gyula Budaini: “İnformasiya texnologiyaları sahəsində konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığa hazırıq”


Bu gün Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib. Azərbaycan İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov tədbir çərçivəsində çıxışında ölkədə Macarıstanla əməkdaşlığı genişləndirmək üçün tələb olunan hüquqi baza hazırlandığını bildirib.

“Azərbaycanda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ciddi hüquqi baza yaradılıb. Macarıstanla Azərbaycan arasında 30-dək saziş imzalanıb, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə 3 hökumətlərarası komissiyanın iclası keçirilib. Macarıstan nümayəndə heyətinin bu səfəri çərçivəsində 3-4 prioritet sahədə əməkdaşlıq imkanlarını müzakirə edərək razılığa gəlmişik. Son illər ərzində bizim qarşımızda duran əsas məsələrdən biri qeyri-neft sektorunun inkişafıdır və artıq bu sahədə inkişaf müşahidə olunur. Belə ki, 2012-ci ilin nəticələrinə nəzər saldıqda aydın olur ki, ölkədə qeyri-neft sektorunun artımı 10% təşkil edib”, - deyə nazir müavini bildirib.

Macarıstan Respublikasının kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budaini öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti bir çox istiqamətlər üzrə razılaşmaya gəliblər.

“Bizim hazırda Azərbaycanda 8 birgə müəssisəmiz fəaliyyət göstərir, gələcəkdə biz bu göstəricini 80-dək artırmaq niyyətindəyik. Səfər çərçivəsində 3 istiqamət üzrə tam razılaşma əldə edilib, heyvandarlıq sahəsində əməkdaşlıq, heyvandarlıq sahəsi üçün nəzərdə tutulmuş müasir texnologiyaların təchizatı, ətraf mühitin qorunması və qrunt sularının təmizlənməsi üçün nəzərdə tutulmuş innovativ texnologiyaların təchizatı və s. Biz həmçinin informasiya texnologiyaları sahəsində, o cümlədən informasiya texnologiyaları sahəsində konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığa hazırıq”, - G. Budaini bildirib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə altkomitənin iclasının protokolu imzalanıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL