waplog

İT sahəsinin ən yaxşı baş direktoru kimdir?


"Facebook" sosial şəbəkəsinin banisi və baş direktoru Mark Zukerberq nüfuzlu "Glassdoor.com" saytı tərəfindən şirkətin keçmiş və cari əməkdaşlarının rəyi əsasında tərtib edilmiş 2013-cü ilin 50 ən yaxşı baş direktorları reytinqində birinci olub.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Facebook" üçün çətin il olmasına baxmayaraq, Zukerberqin əməkdaşlar tərəfindən bəyənilmə reytinqi 99% olub ki, bu da ötən illə müqayisədə 14 bənd çoxdur. "Glassdoor.com" saytına yazılmış şərhlərdə şirkətin əməkdaşları Zukerberqin yeni ideyalara qarşı açıq olmasını və kollektivə yüksək inamını qeyd ediblər.

2013-cü ilin ən yaxşı baş direktorları reytinqində ikinci yerdə müvafiq olaraq "SAP" proqram şirkətinin rəhbərləri Bill MakDermot və Cim Xeyqman qərarlaşıblar. "Apple"ın baş direktoru Tim Kuk 18-ci olub. Xatırladaq ki, o, ötən il birinci olmuşdu.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL