waplog

BDU-da inşası nəzərdə tutulan tələbə şəhərciyi ən müasir texnologiyalarla təchiz ediləcək


BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi ən müasir texnologiyalarla təchiz ediləcək.

Şəhərcik innovativ üsulla tamamilə yenidən qurulacaq. BDU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının verdiyi məlumata görə, bu məqsədlə Azərbaycan prezidentinə müraciət olunub.

"BDU-da tələbə yataqxanasının olması vacibdir. Universitetin reytinqini müəyyən edəndə yataqxanaya xüsusi önəm verilir . Bu baxımdan, həm də tələbələrin rahatlığı üçün bu məsələnin həlli vacibdir. Hazırda yataqxanalar yararsız vəziyyətdədir. İlk öncə 5 yataqxananın sökülməsinə başlanacaq. Daha sonra mərhələlərlə digər yataqxanalar söküləcək. Dövlət büdcəsindən şəhərciyin tikintisi üçün vəsait ayrılan kimi tikintiyə başlanacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Burada söhbət müasir universal multimedia taksofonlarından tutmuş, genişzolaqlı internet xidmətlərindək bütün təchizatdan gedir" .

N.Ramazanlı bildirib ki, ərazidə 5 yataqxana binası tikiləcək: "Binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Belə ki, yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17 mərtəbəli, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbədə binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.

Qeyd edim ki, binalar Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə səhərcikləri (kampusları) səviyyəsində olacaq. Orada müasir standartlara cavab verən bütün şərait yaradılacaq".

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL