waplog

“Sony” iki yeni “ağıllı” telefonunu təqdim edib


“Sony” şirkəti martın 18-də iki yeni “ağıllı” telefonunu – “Xperia SP” və “Xperia L” təqdim edib. “Xperia SP” aparatı korpusu əhatə edən alüminium çərçivə ilə təchiz edilib, “LTE” şəbəkəni dəstəkləyir.

Cihaz 1280x720 nöqtə təsvir ölçülü 4.6 düymlü ekran və hər bir nüvəsi 1.7 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Xperia L” cihazı foto və videonu genişləndirilmiş dinamik diapazon (HDR) ilə çəkmək imkanına malikdir. Aparat 854x480 nöqtə təsvir ölçülü 4.3 düymlü ekran və hər bir nüvəsi 1 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz edilib.

Hər iki aparatın daxili yaddaşı 8 qiqabaytdır. “microSD” kartı dəstəklənir. Aparatlara “Android 4.1” əməliyyat sistemi quraşdırılıb və ağ, qara və qırmızı rənglərdə satılacaq. “Sony” şirkəti hələ ki qurğuların qiymətini açıqlamayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL