waplog

Avropa İttifaqı “iPhone” ilə bağlı araşdırmaya başlamaq niyyətindədir


Avropa İttifaqının nəzarət təsisatları “Apple” şirkətinin mobil rabitə operatorları ilə bağladığı sazişlərin antiinhisar qanunvericiliyinə nə dərəcədə uyğun olduğunu araşdırır.

“ICTnews” elektron xəbər xidməti “Electronista” nəşrinə istinadən məlumat verir ki, bir neçə operator, bu sazişlərin rəqabət azadlığını məhdudlaşdırdığı ilə bağlı şikayət edib. Hələ ki iddia ilə çıxış edən olmayıb, lakin bu yaxınlarda bir qrup operator “Apple” ilə əlaqələri barədə məlumatları Avropa İttifaqına təqdim edib.

Komissiya bu məsələni araşdıracağını bəyan etsə də, rəsmi araşdırma başlanmayıb.

"Sənayenin bəzi iştirakçıları bizə müraciət ediblər və biz məsələni nəzarətdə saxlayırıq. Lakin hələ antiinhisar iddialar irəli sürülməyib", - deyə antiinhisar işlər üzrə komissar Xoakin Alminunin nümayəndəsi Antuan Kolombani bildirib. O, bunu martın 22-də Brüsseldə keçirilmiş konfransda bir daha təsdiq edib. “Apple” şirkətinin nümayəndəsi Natali Kerris, onun şirkətinin “biznes apardığı bütün ölkələrdə, Aİ daxil olmaqla, yerli qanunvericiliyə tam riayət etdiyini” israr edir.

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL