waplog

Ən populyar mobil brend hansıdır?


"J.D. Power and Associates" tədqiqat agentliyi müasir istehlakçıların tələblərinə cavab verən populyar mobil ticarət markalarının növbəti reytinqini dərc edib.

"Apple" şirkəti doqquzuncu dəfə ardıcıl olaraq reytinqdə lider olub. Şirkət 1000 baldan 855 bal toplamağa müvəffəq olub. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, istehlakçılardan 795 bal almış "Nokia" şirkəti populyarlığa görə ikinci ən böyük smartfon istehsalçısıdır.

Cənubi Koreya şirkəti "Samsung" (793) üçüncü olub. İlk beşlikdə, həmçinin "Motorola" və "HTC" şirkətləri yer alıblar.

"J.D. Power" şirkətinin çıxardığı nəticələr istehlakçıların konkret məhsul üzrə rəy və təəssüratlarına əsaslanır. Smartfonların məhsuldarlığı (rəyi soruşulanların 33%-i üçün böyük önəm kəsb edir), dizaynı (23%), funksiyalar (22%) və istifadəsinin asan olmağı (22%) əsas götürülüb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL