waplog

BTRİB iməclik keçirib


Bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan qovşaq idarə və müəssisələrində iməclik keçirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə BTRİB-dən məlumat verilib.

Birlikdən bildirilib ki, iməclik yay mövsümü ilə əlaqədar olaraq havaların istiləşməsi, eləcə də Bakı şəhərində quruculuq, abadlıq işlərinin aparılması əsas gətirilərək həyata keçirilib.

İməclikdə qovşaq idarə müəssisələrinin həyətyanı sahələrində, inzibati binaların 25 metrlik məsafəsində, eləcə də rabitə, qurğu və avadanlıqların yerləşdiyi ərazi və sahələrdə, iş otaqlarında təmizlik işləri görülüb, ATS-lərin həyətyanı sahələri quru otlardan, tez alışan məişət tullantılarından təmizlənib, eləcə də divar və binaların rənglənməsi, ağacların dibinin ağardılması, ehtiyac olan sahələrdə yeni ağacların əkilməsi həyata keçirilib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL