waplog

Kompüterlər psixoloqları əvəz edəcək


Alimlərin hazırladığı kompüter sistemləri insanın psixi vəziyyətini avtomatik rejimdə müəyyənləşdirə bilər. Ehtimal ki, artıq yaxın gələcəkdə psixoloqlara ehtiyac qalmayacaq.

"Siz sonuncu dəfə özünüzü nə vaxt xoşbəxt hiss etmisiniz?" – deyə virtual psixoloq soruşur. Kresloda oturmuş insan kameranın müşahidəsi altında xatırlamağa çalışaraq üz-gözünü qırışdırmağa başlayır. Onun üz hərəkətlərinə əsasən, sistem insanın depressiyada olub-olmamasını təyin edə bilir. Daha sonra "SimSensei" adlanan kompüter psixoloqu yardımçı olmağa çalışır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, heyranedici texnologiyadır, elə deyilmi? Psixoloqlar uzun illər bu barədə arzulayıblar. Məsələ ondadır ki, insan amili həmişə diaqnozun qoyulmasına təsir göstərir, prosesin avtomatlaşdırılması isə psixoloji qərarların son dərəcə obyektiv çıxarılmasına imkan verir. Üz və bədən hərəkətləri "Kinect" kontrolleri vasitəsilə qəbul edilir. Lakin sistemin əsas hissəsi vizual informasiyanın emalı alqoritmləridir.

Araşdırmaya əsasən, depressiv insanlar danışıq zamanı sıxılır, nadir hallarda qarşısındakı şəxsin gözlərinə baxır, gülmür və üz-gözünü turşudur. Qeyri-adi sistem gələn ay Şanxayda keçiriləcək elmi konfransda təqdim ediləcək. "Hazırda sistem mükəmməl deyil. O, yalnız "bəli" və ya "yox" cavabını nəzərdə tutan birbaşa suallarla işləyə bilir. Biz bu çatışmazlığı aradan qaldırmaq üzərində çalışacağıq" – deyə alimlər bildiriblər.

Kanberra Universitetinin avstraliyalı alimləri də oxşar sistem yaratmışdılar. Ümid edək ki, yeni texnologiyaların həyatımıza bu qədər yaxınlaşması zamanı insanın şəxsi hisslərinin məxfiliyi qorunacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL