waplog

"Apple" Azərbaycanda "Face Time" funksiyasını sadələşdirib


"Apple" şirkəti Azərbaycanda “iPhone 4” sahibləri üçün "FaceTime" funksiyasını sadələşdirib. Bu barədə “Apple” şirkətinin Bakı ofisinin baş icraçı direktoru Ramin Musayev məlumat verib. Musayevin sözlərinə görə, "Apple" texnologiyası üzrə ikitərəfli "FaceTime" videoçağırış funksiyası “iPod touch” və “iPad” qurğularında mümkündür. Onlarda qeydiyyat elektron ünvan üzrə aparılır. "iPhone 4”-də "FaceTime"ın iş qabiliyyəti üçün telefon nömrəsi lazımdır. Bu funksiyadan Azərbaycan istifadəçilərinin istifadəsi mümkündür. Onun aktivləşdirilməsi üçün Azərbaycanın istənilən mobil rabitə operatorlarının abonent nömrələrindən istifadə oluna bilər. İstisna yalnız ondan ibarətdir ki, onun funksiyasında üçüncü nəsil şəbəkəsindən (3G) və “EDGE”-dən istifadə olunmur. İkitərəfli videoçağırış üçün “Wi-Fi” protokolundan istifadə olunur. Bu, mobil şəbəkə istifadəçilərinə balansın vəziyyəti barədə narahat olmamağa imkan verir", - Musayev bildirib.
"FaceTime"da simsiz şəbəkə ilk zəng üçün ona görə lazımdır ki, "Apple"in serverinə bildiriş göndərilsin. O, istifadəçinin telefon nömrəsini qeydə alır. "FaceTime" funksiyası elə qurulub ki, istifadəçinin əlavə qoşmaları instalyasiya etməsinə ehtiyac yoxdur. Qeyd kitabçasında adamı seçmək və adi zəng kimi zəng etmək kifayət edir. İkinci abonentdə "FaceTime"ı dəstəkləyən və “Wi-Fi” şəbəkəsindən istifadə imkanı olan qurğu olduğu halda birləşmə baş tutacaq. "Face Time"la zənglər pulsuzdur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL