waplog

“Smart kart” tipli sayğaclara ödənişləri təmin edən proqram təminatı yenilənib


"Smart kart" tipli sayğaclara ödənişləri təmin edən proqram təminatı gücləndirilib. "ICTnews" elektron xəbər xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytına istinadən verdiyi məlumata görə, "smart kart" tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilib, zəruri islahatlar aparılıb.

Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından etibarən ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yenilənmiş proqram təminatının tətbiqinə başlanılıb. Bu, təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcək.

Bundan əlavə, "smart kart" tipli qaz sayğaclarının ödəmə məntəqələrinin şəbəkəsi də genişləndirilib. Cari ilin mart ayından etibarən istehlakçılar ödənişləri mövcud ödəniş terminalları ilə yanaşı, digər bir şirkət - "Modenis" MMC-yə məxsus ödəniş terminallarında da həyata keçirə biləcəklər.

Xatırladaq ki, 01 aprel 2013-cü il tarixə olan məlumata görə, əhali kateqoriyasına aid olan abonentlərin mənzillərində 700285 ədəd "smart-kart" tipli qaz sayğacı quraşdırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL