waplog

Yaxın günlərdə ictimai nəqliyyatda vahid kartla ödəmə sistemi üçün avadanlıqlar quraşdırılacaq


"Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda vahid kartla ödəmə sisteminin avadanlıqlarının quraşdırılmasına başlanılacaq". Bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Vahid kartla ödəmə sisteminin tətbiqi istiqamətində işlərin böyük hissəsinin başa çatdırıldığını vurğulayan nazir müavini qeyd edib ki, bu istiqamətdə ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işlərinə başlanılacaq.

M.Pənahov bildirib ki, kartla ödəmə sistemi əvvəlcə paytaxtın mərkəzində, daha sonra isə şəhərətrafında və qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda tətbiq olunacaq. Bu sistem avtobus sürücülərinin maaş sisteminə keçməsinə də imkan verəcək ki, bu da sərnişinlərə göstərilən xidmətin keyfiyyətində öz əksini tapacaq.

Sistemin tətbiqinə may ayından etibarən mərhələli şəkildə başlanılacaq. Ümumiyyətlə isə, Bakıda avtobusların kartla ödəmə sisteminə keçid prosesinin 2013-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL