waplog

İşıq diodları ilə işləyən optik şəbəkə verilənləri 3 Qbit/san sürətlə ötürür


Almaniyalı tədqiqatçılar “Visible Light Communication” adlanan verilənlərin optik ötürülməsi texnologiyasını hazırlayıblar ki, bu da otaq şəraitində adi işıq saçan işıq diodları vasitəsilə verilənləri naqilsiz ötürməyə imkan verir. Adıçəkilən texnologiya 2011-ci ildə hazırlanıb və o zaman onun sürəti 800 MHz/san olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda mütəxəssislər sözügedən texnologiyanın iş prosesini təkmilləşdiriblər və verilənlərin ötürülmə sürətinin 3 Qbit/saniyəyə çatdırılmasına nail olublar.

Almaniyalı mütəxəssislərin məlumatına görə, oxşar işlər ev və ictimai istifadə üçün nəzərdə tutulmuş yeni “Optical WLAN” şəbəkələrinin yaradılması çərçivəsində aparılır. Tədqiqatçıların sözlərinə görə, 3 Qbit/san sürət laboratoriya şəraitində əldə edilib, real şəraitdə isə verilənlərin ötürülməsi sürəti 500 Mbit/san olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL